Trampdan 'İran' açıqlaması: Xalq çox kədərlidir

Baxış sayı:
15169

ABŞ prezidenti Donald Tramp ABŞın İran ilə müzakirəyə çalışdığına dair nəşr olunan xəbərlərin gerçəyi əks etdirmədiyini ifadə edərək "İran hazır olduğunda bizə zəng edəcək" deyib.
 
ABŞ-ın Bəsrə Körfəzinə döyüş gəmisi göndərməsindən sonra yüksələn gərginlik bir neçə gün sonra qarşılıqlı açıqlamalar ilə səngimişdi, ancaq Trampun dünənki "İran döyüşmək istəyirsə, bu İranın rəsmi sonu olar. ABŞ-ı bir daha əsla təhdid etməyin" mesajından sonra təzyiq yenidən yüksəlib.
“DHA”-nın xəbərinə görə ,ABŞ prezidenti Tramp İrana yönəlik sosial mediada yaylım atəşlərinə bu gün də davam edib. Tramp Twitter hesabından bu mesajı yayınlayıb: "Yalan xəbərlər, heç bir məlumatları olmadan, ABŞ-ın İran ilə müzakirə etməyə çalışdığına dair tipik bir yanıldıcı yazılar dərc edirlər. Bu bir səhv fikirdir. İran hazır olduğunda bizə zəng edəcək. Bu vaxt iqtisadiyyatları çökməyə davam edir, İran xalqı üçün çox kədərlidir".
Müxalifət.az