Trampdan ilginc ifadə: “Ora terrorçuların Harvardıdır”

Baxış sayı:
4252

ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı Amerikan əsgərlərini çəkmək istədiyini, ancaq güclü bir kəşfiyyat şəbəkəsi buraxmadan bu ölkədən çəkilməsinin nəticələrinin pis olacağını düşündüyünü ifadə edib.
 
ABŞ-ın “Fox News” kanalına müsahibə verən ABŞ prezidenti Tramp, Əfqanıstandakı Amerikan əsgərlərini çəkmə planı mövzusunda önlərində bir çox problemin olduğunu söyləyib.
Daha əvvəl də olduğu kimi, yenə Əfqanıstandakı ABŞ əsgərlərini çəkməyi düşündüyünü qeyd edən Tramp, "Əsgərlərimizi çəkmək istəyirəm, amma (çəkilmədən əvvəl) orada çox güclü bir kəşfiyyat buraxmaq istəyirəm" deyib.
"Orada saxlanacaq çox yerlər var. Sanki terrorçular üçün bir laboratoriyadır. Mən ora terrorçuların Harvardı deyirəm" deyən Tramp, Əfqanıstanı yetərli hazırlıq görmədən tərk etmələri, ölkədə "terror ünsürlərinin" güclənib, ABŞ-a hücum üçün bir zəmin ola biləcəyindən narahat olduqlarını söyləyib.
 
ƏFQANISTAN SÜLH PROSESİ
 
Qeyd edək ki, Əfqanıstanın prezidenti Eşref Gani rəhbərliyindəki hökumət üçün böyük təhdid ünsürü olan “Taliban” təşkilatı, hələ də ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyur.
Hökumətin keçən illərdə dəfələrlə Taliban ilə sülh görüşlərinə başlamaq üçün səy göstərməsi və bu çərçivədə Sülh Şurası qurmasına baxmayaraq hələ bir nəticə əldə edilməyib.
Əfqanınstanın keçmiş dövlət başçısı Hamid Karzai dövründə Əfqanıstan rəhbərliyi ilə Taliban arasındakı təmasların Qatarın paytaxtı Dohada 2013-ün iyununda planlanırdı, ancaq Talibanın ofisə "Əfqanıstan İslam Əmrliyi" lövhəsi və sözdə bayrağını asmasından sonra Əfqan hökuməti müzakirələrdən imtina etmişdi. Ofis bir ay sonra bağlanmış və sülh müzakirələri təxirə salınmışdı.
Müxalifət.az