​Trampdan gizli araşdırma barədə: Möhtəşəm bir gün...

Baxış sayı:
2299

ABŞ Prezidenti Donald Trapm da Tvitter hesabında “Nyu York Tayms”ın yaydığı məlumata münasibət bildirib.
O, Ceyms Kominin qovulmasını ABŞ üçün möhtəşəm olduğunu bildirib:
“İndi bacarıqsız "Nyu York Tayms"ın FTB-nin rüşvətxor keçmiş liderinin qovulmasından sonra heç bir dəlil olmadan haqqımda istintaq başlatdığını öyrənirəm. Tam bir bayağılıq. Ceyms Komi məsələsi gülməlidir. Hamı onun qovulmasını istəyirdi. Hətta cümhuriyyətçilər də, demokratlar da. Onu qovmağım ABŞ üçün möhtəşəm bir gün oldu”.
Tramp hakimiyyətə gəldiyi gündən Rusiyaya qarşı sərt olduğunu bildirərək, gələcəkdə bu münasibətlərin düzələcəyinə ümid etdiyini söyləyib:
“Rusiyaya qarşı keçmiş ABŞ prezidentləri Barak Obama, Corc Buş və Bill Klintondan da sərt davrandım. Bəlkə bütün prezidentlərdən də sərt. Bununla yanaşı hər zaman dediyim kimi, Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir. Bir gün Rusiya ilə yenidən münasibətlərimizin yaxşı olamağını istəyirəm".