Trampdan döyüşmədən qazanmaq taktikası: "Ölümü göstər, qızdırmaya razı sal!" - ARAŞDIRMA

Baxış sayı:
10897

Xarici siyasət mütəxəssisləri ABŞ ilə İran arasında yaşanan gərginliyə münasibət bildiriblər. Xarici siyasət mütəxəssisləri son zamanlarda İran ilə gərginliyi artıran ABŞ prezidenti Trampun tam bir şərq hiyləgərliyi ilə hərəkət edərək dünya xalqlarına "ölümü göstərib, qızdırmaya razı etmək", "müalicə xərclərini" dövlətlərə yükləmək strategiyalarını tətbiq etdiyini ifadə edirlər. Mütəxəssislər Trampun yanında "məhşərin üç atlısı" olaraq xarakterizə edilən Pompeo, Bolton və Haspelin "MOSSAD"in adamları olaraq oynadıqları rola da diqqət çəkiblər. Trampın "Evangelistlərin" təsiri ilə çox təhlükəli bir ssenarini həyata keçirdiyini ifadə edən mütəxəssislər, "Trampın tam bir şərq hiyləgərliyi ilə hərəkət edərək hədəf dövlətləri və xalqları ‘ölümü göstərib, qızdırmaya razı etmə' strategiyasını tətbiq etdiyini ifadə edirlər. Döyüşmədən Qazanmaq! ABŞ-ın çox incə bir strategiya tətbiq etdiyini vurğulayan professor Nurşin Atəşoğlu Güney, "Tramp döyüşmədən qazanmaq istəyir, bunun üçün bir tərəfdən dünyanın dörd bir tərəfində təzyiqi yüksəldir. Pompeo və Boltonun isə ABŞ-ı müharibəyə sürükləmək istədiklərini görürük" deyə söyləyib. Professor Mustafa Ərdoğan Sürat isə bunları söyləyib: "Tramp ilə Putinn arasında bir əməkdaşlıq olduğunu görmək lazımdır. Putin vurur, ABŞ-dan ən kiçik bir reaksiya varmı? Dünya bir üçbucaq arasında sıxışıb qalıb. Tramp əslində qapıquludur. Evangelistlərin qapıqulu. Trampun ən əhəmiyyətli xüsusiyyəti şəxsiyyətsiz olmasıdır. Döyüşsək İranı xəritədən siləcəyik. Döyüş ordular arasında aparılır. Xalqı bütünlüklə məhv edəcəyini söyləyir. Türkiyənin Xarici İşlər Nazirliyindən də hələ Fetö-çuların çıxması da başqa məsələdir. Çox diqqətli olmaq lazımdır". Xarici Siyasət Mütəxəssisi Çetiner Çətinin qiymətləndirməsi isə belədir: "Tramp küncə sıxışdırmaq üçün ən əhəmiyyətli hücumun iqtisadi sanksiyalar olduğunu düşünür. Tramp “ölümü göstərib, qızdırmaya razı etmə” dərdindədir. Tam bir şərq hiyləgərliyi ədasındadır. Uydurmalar, bazarlığı başlatdığı və bitirdiyi nöqtələri izlədiyinizdə bunu görürsünüz". Xarici siyasət yazarı İsmət Özçelik də "Dünyanı yanğına atacaq üçlük: Pompeo, Bolton, Haspel " başlıqlı təhlil yazısında, "ABŞ-ın nüvə razılaşmasından çəkilməsi, İrana sanksiya tətbiqinə başlaması və "sanksiyalara müqavimət göstərən" ölkələri hədəf halına gətirdiyini xatırladaraq "Məqsəd bəllidir, əvvəl iqtisadi böhran, sonra iç qarşıdurma' fikirinə yer verib. İŞİD-ın bu oyunda bir piyada olaraq istifadə edildiyini və ABŞ üsulu ilə "Türkiyəyə hücum' mesajı verdiyini vurğulayan Özçelik, "Bəsrədəa boş Səudiyyə tankerinə və BƏƏ tankerlərinə qarşı təxribat, Səudiyyə Ərəbistanında nefti nasosla vurma stansiyasının dron-la vurulması, Bağdadda yaşıl bölgədəki ABŞ səfirliyinə raket hücumu… Bunlar MKİ-MOSSAD-ın yazıb, oynadığı oyundur" deyib. Özçelik yazısında da İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Venesüela və Türkiyə üzərinə oynanan oyunlara diqqət çəkərək Trampın bu işlərdə keçmiş MKİ başçısı və bu günki Xarici İşlər naziri Mayk Pompeo, Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton, MKİ başçısı Gina Haspeli istifadə etdiyini vurğulayıb. Hər üç şəxsin də MKİ-MOSSAD əlaqələrinə vurğu edib. Hədəfdə yalnız İranın olmadığını ifadə edən Özçelik, İŞİD lideri Bağdadinin sızdırılan videosunun üzərindəki "Türkiyə vilayəti" yazısını xüsusi olaraq vurğulayıb. Müxalifət.az