Trampdan diqqət çəkən “Yeni Zelandiya” açıqlaması

Baxış sayı:
20023

ABŞ prezidenti Donald Tramp Yeni Zelandiyanın Christchurch şəhərində iki məscidə təşkil olunan terror hücumuna dair, "İyrənc bir şeydir" açıqlamasını edib.
 
 Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin verdiyi suallara yönəlik Yeni Zelandiyadakı terror hücumuna münasibət bildirib.
 Hücumun "ağ irqçilik" ritorikasının artması ilə əlaqəli olub olmadığı ilə bağlı suala Tramp, "Məncə yox, çox ciddi problemləri olan kiçik bir qrup olduğunu düşünürəm. Əgər Yeni Zelandiyada olanlara baxsanız, yəqin ki, vəziyyət budur. Mövzu haqqında hələ çox şey bilmirəm" cavabını verib.
Hücumu təşkil edənlərin yazdığı manifesti görmədiyini dilə gətirən Tramp, "Çox pis bir hərəkətdir" deməklə kifayətlənib.
Trampın hücumu "İyrənc bir şeydir" sözləri ilə xarakterizə edərkən, "terror" kəlməsini istifadə etməməsi diqqəti çəkib.
Qeyd edək ki, Yeni Zelandiyanın Christchurch şəhərində cümə namazı əsnasında on dəqiqə fasilə ilə iki məscidə təşkil olunan silahlı hücumda 49 nəfər həyatını itirib.
Müxalifət.az