Trampdan Demokratlara seçkidən sonra ilk təhdid

Baxış sayı:
12088

ABŞ prezidenti Donald Tramp, ara seçkilərindən sonra sosial media hesabı Twitter üzərindən, demokratlara təhdid xarakterli açıqlama verib.
 
ABŞ-da Konqres ara seçkilərinin rəsmi olmayan nəticələrinə görə, Demokratlar, Nümayəndələr Palatasında üstünlüyü Respublikaçıların əlindən alıb. Senatda isə Respublikaçılar üstünlüyünü qoruyaraq yoluna davam edib.
 
DEMOKRATLARA TƏHDİD
 
Nümayəndələr Palatasını itirən Tramp, Twitter-də demokratlara sanki gözdağı verib. Trump açıqlamasında, "Demokratlar xalqın vergiləriylə bizi araşdıracaqlarını güman edirlərsə, biz də Senat səviyyəsində məxfi məlumatların sızması və başqa məsələlərdə onlara qarşı cinayət işi açılmasını istifadə etmək məcburiyyətində qalırıq. İki tərəf də oyun oynaya bilər" deyib.
ABŞ prezidenti Donald Tramp, Twitter-də verdiyi açıqlamada bu gün  19:30-da seçkidən sonra ilk dəfə kamera qarşısına keçəcəyini bildirib.
Müxalifət.az