​Trampdan daha bir ANTİREKORD

Baxış sayı:
770

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dönəmində ölkəyə cəmi 29022 miqrant qəbul edilib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqton bu rəqəmin 2002-ci ildən bu yana ən aşağı göstərici olduğunu bildirib.
Qeyd edək ki, 2002-ci ildə ABŞ-a cəmi 29468 miqrant buraxılmışdı. Buna səbəb isə 11 sentyabr teraktından sonra ölkəyə leqal miqrasiya proqramlarının müvəqqəti dondurulması olmuşdu.