Trampdan Çinə təhdid: “Ticarət bitdi”

ABŞ Prezidenti Donald Tramp Çini üstüörtülü şəkildə təhdid edib.
 
Prezident öz təhdid dolu mesajını Tvitter səhifəsində paylaşıb. Belə ki, Tramp mesajında Şimali Koreya ilə biznes əlaqəsi olan istənilən ölkə ilə ABŞ-ın ticarət münasibətlərini dayandıracağını bildirib.
Qeyd edək ki, hazırda Şimali Koreyanın ən böyük ticarət tərəfdaşı Çin hesab edilir.