Trampdan “Camal Qaşıqçı” açıqlaması

Baxış sayı:
2677

ABŞ prezidenti Tramp, Ağ Evdə yoxa çıxan Türk kökənli Səudiyyəli jurnalist Qaşıqçı-nın aqibəti haqqında açıqlama verib.
 
Tramp, "Bu məsələ ilə bağlı narahatam. Ümid edirəm ki, mövzu bir an əvvəl aydınlığa qovuşar. Hazırda bu məsələ ilə bağlı kimsə bir şey bilmir" deyib.
 
ABŞ-dakı REAKSİYALAR
 
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürdürüldüğü iddiası ABŞ-da təpkiyə səbəb olmuşdu.
ABŞ Xarici İşlər Nazirliyi, "Mövzunu yaxından təqib edirik" açıqlaması ilə yetinmişdisə, “Vaşinqton Post” qəzetinin direktoru Fred Hiatt daha sərt təpki verərək, "Camalın öldürüldüyü xəbərləri doğru isə bu dəhşətli və dərk ediləcək bir hərəkət deyil" deyə bildirmişdi.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da Qaşıqçı-nın itməsinə dair son açıqlamasında "Baş Konsulluq əməkdaşları “buradan çıxıb” deməklə, yaxalarını kənara çəkə bilməzlər" demişdi.
Müxalifət.az