​Trampdan açıqlama: Hər kəs bu axmaqlığa gülür...

Baxış sayı:
25896

Rusiya ilə gizli anlaşmaya getməyimizlə bağlı irəli sürülən iddialar axmaqlıqdan başqa bir şey deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Amerika tarixində bənzəri görünməyən “cadugər ovu” davam edir. Heç bir anlaşma olmadı. Hətta bunu demokratlar da bilir. Lakin əsassız iddialar davam edir. Rusiya və dünya iştirak etdiyi bu axmaq kampaniyaya gülür. Respublikaçılar buna nəzarət etməlidir”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, ötən il Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı irəli sürülən iddialar hələ də gündəmdədir və şayiələr səngimək bilmir.