​Trampa oğlundan şad xəbər

Baxış sayı:
9343

ABŞ Prezidenti Donald Trampın bu ilin avqustunda onuncu dəfə baba olacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, Donald Trampın oğlu Erik və onun həyat yoldaşı Lara yenidən uşaq gözləyirlər.
“Lara və mən sevinclə elan edirik ki, avqust ayında ailəmizin daha bir üzvü dünyaya gələcək! Lyuk çox gözəl böyük qardaş olacaq”, - Erik Tramp özünün Tvitter səhifəsində belə yazıb.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında cütlüyün bir oğlu olmuşdu. Buna qədər Ağ Ev rəhbərinin 8 nəvəsi var idi. Onlardan 5-i prezidentin kiçik oğul Trampın, 3-ü isə qızı İvankanın övladıdır.