Trampa növbəti zərbə! Senat təsdiqlədi

Baxış sayı:
6154

 ABŞ Senatı prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbilə elan etdiyi “milli fövqəladə vəziyyət”in ləğvini nəzərdə tutan layihəni təsdiq edib.
 
Respublikaçıların əksəriyyətdə olduğu Senatın Baş Assambleyasındakı səsvermədə 59 senator layihənin lehinə səs verərkən 41 senator isə əleyhinə səs verib.
100 yerlik Senatda 45 Demokratla bərabər 2 müstəqil, 12 Respublikaçı senator da layihəyə dəstək verib.
Keçən həftələrdə də Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Məclisinin Baş Assambleyasındakı səsvermədə 245 deputat layihənin lehinə səs verərkən 182 vəkil isə əleyhinə səs vermişdi.
Layihədə, Trampın sərhəd təhlükəsizliyi səbəbilə elan etdiyi "milli fövqəladə vəziyyətin" ləğv olunması və Trampın ABŞ-Meksika sərhədinə hörmək istədiyi divar üçün ayrılan büdcədən daha çoxunun təsis edilməməsi nəzərdə tutulur.
Qeyd edək ki, Trampın ABŞ-Meksika sərhədinə 5,7 milyard dollar büdcə tələb edən divar qurulmasını istəməsində sonra Konqresdəki Demokratların da buna imkan verməməsi ilə ABŞ federal hökuməti 35 günlüyə bağlanmışdı.
Müxalifət.az