Trampa Müsəlman konqresmen “Elxan Omar” təpkisi

Baxış sayı:
3526

 Sosial media üzərindən Minnesota ştatının demokrat vəkili Müsəlman Elxan Omarı hədəf göstərən ABŞ prezidenti Donald Trampa təpkilər yağıb.
 
Elxan Omarın Amerika İslam Münasibətləri Şurasının (CAIR) yaranması münasibətilə keçirilən bir tədbirdə etdiyi çıxışında, "CAIR 11 sentyabr hadisələrindən sonra yaradılıb. Çünki onlar birləri bir şey etdiyi üçün bizim də mülki azadlıqlara çıxışımıza maneçilik törədiləcəyini fərq etdilər" deyə açıqlaması mübahisələrə səbəb olub.
Omarın "birləri bir şeylər etdi" ifadəsi ilə 11 sentyabr hücumlarını nəzərdə tutduğunu iddia edən “New York Post” qəzeti, əkiz qüllələrin vurulma anının fotosunu "alın sizə birlərinin etdiyi bir şeylər" deyə manşetdən dərc edib.
İfrat sağçı xətti ilə tanınan “New York Post” qəzetinin Omarı hədəf göstərən kampaniyasında Tramp da iştirak edib.
Tramp twitter hesabından Omarın çıxışındakı o ifadəsinin bağlı video fraqmenti ilə əkiz qüllələrin vurulma anının video fraqmentlərinin montajlandığı bir görüntünü, "Heç vaxt unutmayacağıq" ifadəsi ilə paylaşıb.
Trampın bu paylaşmasına bir çox mühüm şəxsdən təpki gəlib.
Demokrat Partiyadan 2020 prezidentlik yarışına namizədliyini açıqlayan Massaçusets senatoru Elizabet Uorren Twitter hesabından, "Rəhbər vəzifədəki bir Konqres üzvünə və dinə görə, bütün Amerikalı qrupa qarşı zorakılığı qızışdırır. Ürəkbulandıran, utanc vericidir" deyə paylaşıb.
Trampa yenə Demokrat Partiyasından 2020 seçkilərində namizədliyini açıqlayan Vermont senatoru Bernie Sanders da təpki göstərib.
Sanders Twitterdən etdiyi bölgüdə, "Elxan Omar cəsur və güclü bir liderdir. Trampın irqçiliyi və nifrəti ilə razılaşmayacaq, biz də elə. Ona qarşı ürəkbulandıran və təhlükəli hücumlara son qoymalıdır" İfadələrini işlədib.
Nyu-York vəkili demokrat Alexandra Ocasio-Cortez isə Elxan Omarın həyatının təhlükədə olduğunu vurğulayıb.
Twitterdə açıqlama edən Ocasio-Cortez, "Prezidentin bugünkü açıq hücumuna təpki göstərməsi Konqres üzvlərinin vəzifəsidir. Elxan Omarın həyatı təhlükədədir. Səssiz qalan həmkarlarımız bir Konqres üzvünə qarşı açıq təhlükəli hücumunun cinayət tərəfdaşıdır. Səsimizi ucaltmalıyıq" deyib.
Nümayəndələr Palatasının sədri Nancy Pelosi isə jurnalistlərə verdiyi açıqlamada, Omarla hələlik danışmadığını deyib.
Twitterdə çox sayda istifadəçi də Trampın Omarı hədəf göstərməsinə təpki göstərib.
Müxalifət.az