​Trampa müraciət: “Ermənistanda Yezidistan yaradın”

Baxış sayı:
3415

Ermənistan ərazisində ABŞ-ın rəhbərliyi altından Yezidistan dövləti yaradılmalıdır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla Vaşinqtonda yezidi kürdlərin sultanı Kelaş çıxış edib. O, ABŞ Prezidenti Donald Trampa bununla bağlı məktub göndərdiyini də bildirib:
“Ermənistandakı yezidi kürdlərin maraqlarını nəzərə alaraq, Yezidistan dövləti yaradılmalı və bu ərazi ABŞ-ın administrativ ərazisi sayılmalıdır. Əks halda 2 milyon yezidi soyqırım təhlükəsi gözləyir”.
Onun sözlərinə görə, guya G-7 ölkələrinin Ermənistan ərazisində yezidlər üçün ərazi ayırmaq haqqında qərarı var və bu, yezid dövlətinin yaradılmasının vacib olduğunu bir daha göstərir:
“Bunu yalnız ABŞ həll edə bilər. Belə ki, hazırda bu ölkənin ordusu dünyanın ən güclüsüdür. Buna görə də biz ABŞ hökumətinə müraciət edirik ki, yezidləri xilas etsin”.