​Trampa daha bir şok: O da istefa verir

Baxış sayı:
6670

ABŞ Prezidenti Donald Trampın Suriyadan ordunun geri çəkilməsi barədə qərarından sonra daha bir istefa verir. Muxalifet.az xəbər verir ki, ABŞ ədliyyə nazirinin müavini Rod Rosenstaynın bir neçə həftə ərzində vəzifədən ayrılacağı bildirilib. Onun vəzifəsini Uilyam Barra təhvil verəcəyi gözlənilir. Qeyd edək ki, Trampın məlum qərarından sonra ABŞ Müdafiə naziri Ceyms Mettis vəzifəsindən istefa verib.