Trampa çox pis xəbər!

Baxış sayı:
3619

ABŞ-da keçirilən Konqres ara seçkiləri nəticəsində Nümayəndələr Palatasında nəzarəti ələ keçirən Demokratların, prezident Donald Trampın xarici siyasəti ilə bağlı araşdırma başladacaqları qeyd olunub.
 
ABŞ-ın “Vaşinqton Post” qəzetində yer alan xəbərdə, Demokratların, xüsusilə Nümayəndələr Palatasının iki mühüm alt komitəsi olan Xarici İşlər Komitəsi və Milli Təhlükəsizlik Komitəsində üstünlük qazanması və bunun Trampın siyasətini mühakimə etmədə böyük rol oynayacağı qeyd edilib.
Xəbərdə, demokratların nəzarətindəki Xarici İşlər Komitəsinin, Trampın, Rusiya və Səudiyyə Ərəbistanı ilə əlaqəsi başda olmaq, Tramp Fondunun fəaliyyəti və Xarici İşlər Nazirliyinin rəhbərliyinə dair bir çox məsələdə araşdırma başlayacağı iddia edilib.
Xəbərdə, ifadələrinə yer verilən və Xarici İşlər Komitəsi sədrliyinə keçməsi gözlənilən Demokrat Nümayəndələr Palatasının üzvü Eliot Engel, Tramp rəhbərliyinin uzun zamandır Demokratları eşitmədiyinə və komitələrin çağırışlarına cavab vermədiyinə diqqəti çəkib.
Engel, Trampın bundan sonra Demokratları nəzərə almaq məcburiyyətində olduğunu deyərək, "Ağ Ev artıq bizi nəzərə almalıdır. Almasalar (Tramp rəhbərliyi), bizi nəzərə alana qədər hər şeyi edəcəyik" deyə bildirib.
Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsinin istintaqın birinci prioritetləri olduğunu bildirən Engel, Xarici İşlər Nazirliyinin xarici siyasəti və keçmiş prezident Barak Obama zamanında nazirlikdə işə başlayanlara sədaqət testi keçirildiyi iddialarını da araşdıracaqlarını ifadə edib.
Müxalifət.az