Trampa böyük zərbə: Müharibədən çəkil!

Baxış sayı:
5524

 ABŞ rəhbərliyinin Yəməndə davam edən müharibəyə daxil olan, ya da müharibə edən bütün hərbi ünsürlərin 30 gün ərzində geri çəkməsini nəzərdə tutan qanun layihəsi Senatda qəbul edilib.
 
ABŞ Senatının Baş Məclisində keçirilən səsvermədə 46 əleyhinə, 54 lehinə olmaqla qəbul edilən layihə ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə mühüm qarşı çıxış kimi səciyyələndirilib.
Sözügedən layihədə, Əl-Qaidə ilə müharibə edənlər istisna olmaqla, Yəməndəki müharibəyə daxil olan, ya da müharibə edən bütün Amerika hərbi qüvvələrinin 30 gün ərzində geri çəkilməsi nəzərdə tutulur.
 
NÜMAYƏNDƏLƏR MƏCLİSİNƏ GEDƏCƏK
 
 Sözügedən layihənin ABŞ prezidenti Trampın önünə getməsi üçün Konqresin digər qanadı olan Nümayəndələr Məclisindən də keçməsi lazımdır. Demokratların əksəriyyətinin əlində tutduğu Nümayəndələr Palatasında layihənin qəbul edilməsinə qəti gözüylə baxılır.
ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanına Yəməndə davam edən müharibədə verdiyi dəstək uzun müddətdir Konqresdə mübahisələrə səbəb olmuş, keçən ilin dekabr ayında Senatda qəbul edilən oxşar bir layihə o zaman Respublikaçıların əksəriyyətdə olduğu Nümayəndələr Palatasında qəbul edilmişdi.
Noyabr ayında keçirilən Konqresə ara seçkilərindən sonra yenilənən Senat və Nümayəndələr Palatasında sözügedən Yəmən layihəsinin yenidən gündəmə gələcəyi bildirilmişdi.
Fevral ayı ərzində ABŞ-ın Yəməndə davam edən döyüşdə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan ayrıca qanun layihəsi Nümayəndələr Palatasında qəbul edilmişdi.
Müxalifət.az