Tramp, YPG-yə YARDIMI DAYANDIRDI

Baxış sayı:
2914

 ABŞ prezidenti Donald Trampın Xarici İşlər Nazirliyinə Suriyada ABŞ rəhbərliyindəki İŞİD əleyhinə beynəlxalq koalisiyanın dəstəyi ilə terror təşkilatı YPG/PKK-nın nəzarət etdiyi bölgələrin yenidən inşası üçün ayrılan 200 milyon dollarlıq yardımı dondurma göstərişi verdiyi bildirilib
 
“Wall Street Journal” qəzetinə danışan Amerika rəsmiləri, Ağ Evin ABŞ-ın Suriyada gələcək rolunu dəyərləndirdiyini iddia edib. Rəsmi şəxslər bu dəyərləndirmə prosesində koalisiyanın Suriyada əməliyyat həyata keçirdiyi ərazilərin sabitliyi üçün keçirilməsi planlaşdırılan 200 milyon dollarlıq yardımın dondurulduğunu qeyd edib.
Qəzet, rəsmilərin Ağ Evin həmin göstərişi Trampın cümə günü ABŞ ordusunun Suriyadan çəkiləcəyinə dair çıxışına paralel olaraq verdiyini bildirib.
Rəsmilər həmçinin Trampın, ABŞ Xarici İşlər Nazirliyinin Suriyanın inşası üçün əlavə 200 milyon dollar ayırdığına dair xəbərlərdən sonra sözügedən fondu dayandırmaq istədiyini irəli sürüb.
Qəzet, İŞİD əleyhinə mübarizənin Suriyada son zamanlar dalana dirənməsinin də Trampın belə bir qərar çıxarmasına səbəb olduğunu iddia edib.
 
TƏLİMAT XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇATDIRILIB
 
Göstərişin dünən Ağ Evin xüsusi şöbəsinin müdiri Con Kelli tərəfindən XİN rəsmisi Con Sullivana çatdırıldığı bildirilib.
200 milyon dollarlıq əlavə fondun ayrılacağı vədi keçmiş dövlət katibi Reks Tillerson tərəfindən fevral ayında Küveytdə keçirilən İŞİD əleyhinə koalisiya iclası zamanı verilmişdi.
 
TRAMP OHAYODA MƏLUMAT VERMİŞDİ
 
Tramp, Ohayo ştatında keçirilən mitinqdə, "Suriyadan çox tezliklə çıxacağıq. Regiondakı digər insanlar artıq onunla məşğul olsunlar. Xilafət deyə, adlandırdıqları şeyi 100 faiz bitirəcəyik. Hamısını İŞİD-in əlindən geri alacağıq" deyə, çıxışı zamanı bildirib.
Mübahisələrə səbəb olan bu açıqlama ilə bağlı ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nayert, "ABŞ-ın Suriyadan çəkiləcəyinə dair bir plandan xəbərlərinin olmadığını" söyləmişdi.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) isə mövzu ilə bağlı sualları Ağ Evə yönləndirmiş və prezident Trampın sözlərindən tam olaraq nəyi nəzərdə tutduğunu bilmədiklərini ifadə etmişdi.
Müxalifət.az