Tramp və Palata sədri Pelosi arasında sözlü qarşıdurma: Bir-birini təhqir etdilər

Baxış sayı:
7741

Trampın ona "Rusiya istintaqının üstünü örtdüyü'' ittihamını yönəldən Nümayəndələr Palatasının sədri Pelosiyə sərt təpki verməsiylə başlayan söz atışması, ikili arasında təhqirləri ehtiva edən söz duelinə çevrilib.
 
Söz güləşdirməsindən sonra Trampın Ağ Evdə keçirdiyi görüşməni Rusiya istintaqına təpki olaraq yarıda kəsərək toplantını tərk etməsinə görə, Pelosi ''ölkənin yaxşılığı'' üçün Trampın ''balanssız'' davranışlarına ailəsinin müdaxilə etməsi lazım olduğunu deyərək onun ağıldan kəm olduğuna işarə edib.
Tramp isə cavab verməkdə gecikməyib və Pelosi üçün ''dəli'' və ''işə yaramaz'' ifadələrini işlədərək uzun müddətdir izlədiyi Pelosinin əvvəlki kimi olmadığını və ağlını itirdiyini ifadə edib.
Nancy Pelosi isə Trampa Twitter üzərindən etdiyi paylaşmala cavab verib.
Pelosi ironik paylaşmasında, ''Son dərəcə sabitqədəm dahi, nə vaxt prezident kimi davranmağa başlarsa, o zaman onunla infrastruktur, ticarət və digər mövzular üzərində işə başlayacağam'' deyib.
Tramp və Pelosi arasında yaşanan söz atışmasını ABŞ mediası ''təhqirlər havada uçuşur'', ''ölkənin seçilmiş ən üst səviyyə səlahiyyətliləri bir-birlərinin ağıl sağlamlığını sorğulayır'' şəklində şərh edib.
Müxalifət.az