​Tramp və Netanyahu o ölkəyə qarşı RAZILIĞA GƏLDİLƏR

Baxış sayı:
3625

ABŞ Prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər Yaxın Şərqdəki məsələlər və İranın bölgədəki fəaliyyətini müzakirə ediblər.
Tramp və Netanyahu İranın bölgədəki fəaliyyətinə qarşı əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəliblər.
Telefon danışığı zamanı son günlər Fələstində baş verən olaylar müzakirə edilməyib.
Qeyd edək ki, həmin olaylar zamanı azı 19 fələstinli öldürülüb, 1500-ü isə yaralanıb.