Tramp üçün təhlükə başlandı - Konqresdən ŞOK QƏRAR

Baxış sayı:
9037

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti prosedurunu rəsmiləşdirən qətnaməni qəbul edib.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, keçirilən səsvermədə Nümayəndələr Palatasının 232 üzvü qətnaməni dəstəkləyib, 196 üzvü isə qarşı çıxıb. Qətnamənin qəbulu üçün 218 səslə sadə əksəriyyət (Nümayəndələr Palasının 435 üzvü var-red.) tələb olunurdu.
Gözlənildiyi kimi, bu məsələyə baxılarkən partiya mənsubiyyəti üzrə təfriqə yaranıb: respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə daha bir müstəqil qanunverici də qətnaməni dəstəkləyib.
Sənəd araşdırmaların altı - kəşfiyyat, maliyyə xidmətləri, xarici işlər, nəzarət və islahat, gəlirlər və xərclər üzrə, həmçinin hüquq komitələri tərəfindən aparılmasını əmr edir. Qətnamə bu təhqiqatların ictimai hissəsinin başlanmasını nəzərdə tutur. Təhqiqat prezidentin impiçmenti üçün kifayət qədər qanuni əsasların mövcud olub-olmadığını aydınlaşdırmalıdır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığı impiçment üçün əsas hesab edilir. ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi sentyabrda Tramp və Zelenski arasındakı telefon danışığına dair məktubu açıqlayıb. Məktuba görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi.
Bundan sonra – sentyabrın 25-də Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Demokratlar Trampın Zelenski ilə telefon danışığında “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.
Qeyd edək ki, Bayden 2020-ci il prezident seçkilərində Trampın ən perspektivli opponenti hesab edir.