Tramp üçün həyəcan təbili çalınmağa başladı

Baxış sayı:
9475

Amerikada milli səviyyədə edilən yeni bir araşdırma prezident Tramp üçün 2020 seçkilərində təhlükə zənglərinin çalındığını göstərib. Quinnipiac Universitesinin reallaşdırdığı və “Fox News”-un yayımladığı sosial araşdırmasına görə, Demokrat Partiyanın namizədi keçmiş vitse prezident Co Bayden Respublikaçı prezident Donald Tramp qarşısında 53 faiz ilə öndədir. Trampın səs nisbəti isə yalnız 40 faiz civarındadır. Tramp yalnız Co Baydenə qarşı çətin vəziyyətdə deyil. Sosialist meylləri ilə tanınan digər Demokrat prezidentliyə namizədi Bernie Sanders də Tramp qarşısında ola biləcək bir seçkidə 42 faizə qarşı 51 faiz öndə görünür. Araşdırmaya qatılanların 70 faizi amerikan iqtisadiyyatının çox yaxşı, ya da yaxşı vəziyyətdə olduğunu ifadə edərkən, yalnız 41 faizi iqtisadiyyatdakı müvəffəqiyyətin prezident Trampa aid olduğunu düşünür. Nəticələrin prezident Trampın qrupunu hərəkətə keçirməsi lazım olduğunu ifadə edən Quinnipiac Universitetinin araşdırma qurumunun direktor müavini Tim Malloy, "Seçkilər bu gün edilsə, keçmiş vitse prezident Co Bayden və digər Demokrat namizədlər prezident Trampı məğlub edir. Seçki gününə daha 17 uzun ay var, ancaq Bayden açıq fərqlə öndədir" deyib. Müxalifət.az