Tramp tweet atdı! CNN-də bomba həyəcanı verildi

Baxış sayı:
6169

ABŞ prezidenti Donald Trampın sosial media hesabından “Saxta xəbər insanların düşmənidir” mesajından qısa bir müddət sonra CNN İnternationalın Nyu-Yorkdakı binası bomba təhlükəsi səbəbilə boşaldılıb.
 
Nyu-York polisinin hazırda binada araşdırmalar apardığı, CNN-in isə yayımını tədbir məqsədli lentdən yayınladığı qeyd olunub.
Hadisənin Trampın tweet-indən dərhal sonra baş verməsi isə diqqət çəkib. Tramp 1 saat əvvəl atdığı tweet-də "Saxta xəbər İnsanların düşmənidir" demişdi. Bu mesaj paylaşmasından qısa müddət sonra isə Nyu-Yorkdakı CNN International binasında bomba həyəcanı verilib.
Müxalifət.az