Tramp Türkiyəni sanksiyalarla cəzalandırmağı düşünür

Baxış sayı:
8995

ABŞ prezidenti Donald Trampın Türkiyəni Rusiyadan S-400 raketdən müdafiə sistemləri alışı mövzusunda cəzalandırmaq üçün sanksiya paketi üzərində düşündüyü ifadə edilib. “Bloomberg News”-un mövzuya yaxın mənbələrə əsaslandırdığı xəbərinə görə, Tramp rəhbərliyi Türkiyəni Rusiyadan S-400 raketdən müdafiə sistemləri alışı mövzusunda cəzalandırmaq üçün 3 sanksiya paketi üzərində düşünür. Xəbərdə, Türkiyənin S-400 alışına davam etdiyi təqdirdə F-35 satışının dayandırılmasına əlavə olaraq digər variantlar tətbiq oluna biləcəyi yer alıb. Ən çox dəstəklənən variantın isə Türkiyənin əsas müdafiə sistemi sektorundakı bəzi şirkətləri ''ABŞ-ın Rəqibləriylə Sanksiyalar Yoluyla Mübarizə Etmə Qanunu'' olaraq bilinən və Rusiya ilə əməkdaşlıq edən təşkilatları hədəf alan CAATSA çərçivəsində hədəf alınması olduğu ifadə edilib. Sanksiyalar bu şirkətlərin ABŞ-ın maliyyə sistemi ilə əlaqəsini kəsərək ABŞ-dan ehtiyat hissələri, detallar alışı və ABŞ-a satış reallaşdırmalarını tamamilə qeyri-mümkün edir. TÜRKİYƏ QƏRARLI DURUŞUNU QORUYUR Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü etdiyi açıqlamada, "Rusiya ilə S-400 mövzusunu da müzakirə etdik. Onsuz da S-400 mövzusu bitmiş vəziyyətdədir. Hər hansı bir mənfilik söz mövzusu deyil. Elə zənn edirəm ki, iyul ayının ilk yarısında artıq onlar da gəlməyə başlayacaq. S-400-dən güzəşt etməyəcəyik, bura qəsəbə dövləti deyil'' demişdi. Xarici İşlər naziri Mevlud Çavuşoğlu isə keçən həftə S-400 mövzusu ilə bağlı etdiyi açıqlamada, "ABŞ bizə yönəlik mənfi addımlar atsa, bizim də atacağımız addımlar var. Amerika bu qərarları alacaq, “biz də səssiz, sədasız oturacağıq” anlayışı yoxdur artıq. Bizə yönəlik mənfi bir davranış olsa, biz də qarşılığını verəcəyik" deyib. Müxalifət.az