Tramp təhdid etdi: Venesuelaya yardımınız davam edərsə...

Baxış sayı:
5296

ABŞ prezidenti Donald Tramp sosial media hesabından bölüşdüyü mesajda, Kubaya Venesuela ordusuna dəstəyinin davam etdiyi təqdirdə ən yüksək səviyyədə sanksiyalarla birlikdə tam və əhatəli bir embarqo tətbiq edəcəyini bildirib.
 
Tramp Twitter hesabından "Əgər Kuba əsgərləri və milisləri Venesuela konstitusiyasını məhv etmə və ölümlərə səbəb olma məqsədi güdən bütün hərbi və digər əməliyyatlarını dərhal dayandırmasa, ən yüksək səviyyədə sanksiyalarla birlikdə tam və əhatəli bir embarqo Kuba adasına tətbiq olunacaqdır. Ümid edirəm ki, bütün kubalı əsgərlər dərhal və dinc bir şəkildə adalarına dönərlər" mesajını bölüşüb.
Müxalifət.az