Tramp təhdid etdi: Rus gəmiləri TARTUS BAZASINDAN ÇIXARILDI

Baxış sayı:
2944

ABŞ prezidenti Donald Trampın dünən Rusiyanı təhdid etməsindən sonra Rusların Suriyadakı hərbi dəniz bazası olan Tartusdakı gəmiləri bazadan ayrılıb. Gemilərin ABŞ təcavüzünə qarşı dənizə yerləşdirilmiş ola biləcəyi qeyd olunub.
 
“Image Satellite Internacional”, Rus döyüş gəmilərinin Suriyadakı dəniz bazası Tartusdan ayrıldığını göstərən peyk fotolarını paylaşıb.
Facebookdan edilən açıqlamada, bazada olmayan gəmilərin ehtimal ki, ABŞ hücumlarına qarşı dənizə yerləşdirilmiş ola biləcəyi bildirilir.
İki müxtəlif fotoya görə, hazırda bazada yalnız bir sualtı gəmi var.
Müxalifət.az