​“Tramp Tauer” yanır: Yaralılar var – Video

Baxış sayı:
3815

Nyu York şəhərinin Manhetten rayonunda yerləşən “Tramp Tauer” binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb. Onlardan biri üzərinə qırıntılar düşməsi nəticəsində yaralanmış yanğınsöndürmə xidmətinin əməkdaşı, digəri tüstüdən zəhərlənmiş mühəndisdir.
Muxalifet.az xəbər verir ki, göydələnin damındakı havalandırma, istilik və kondisioner sistemində baş verən yanğının söndürülməsində 100-dən çox yanğınsöndürən iştirak edir.
Hazırda yanğının lokallaşdırıldığı bildirilir.
Xarici KİV-lərin məlumatına əsasən, insident baş verən zaman Prezident Donald Tramp binada olmayıb. Onun oğlu Erik Tramp yanğınsöndürənlərin həyəcan siqnalından bir neçə dəqiqə sonra hadisə yerinə gəldiyini bildirib.