​Tramp Səudiyyədən 4 milyard istəyir - Gizli əməliyyat

Baxış sayı:
4846

Amerikalı yazıçı Bob Vudvardın “Qorxu: Tramp Ağ Evdə” adlı kitabında Donald Trampla bağlı qaldırılan iddialar ABŞ cəmiyyətində müzakirələrə yol açıb.
Muxalifet.az xəbər verir ki, yazıçı D.Trampın Suriyada gizli əməliyyatın başladılması ilə bağlı Səudiyyə Ərəbistanından 4 milyard dollar almaq üçün hərəkətə keçdiyini iddia edib.
İddiaya görə, bu maliyyə MKİ-nin Suriyada üsyançılara qarşı aparacağı gizli TEAK kod adlı əməliyyata ayrılacaq.
Vudvard vurğulayır ki, Tramp xərclər səbəbindən 3 ölkə - Suriya, İraq və Əfqanıstandan qoşunları tamamilə çıxarmaq istəsə də, adminstrasiyada yüksək post tutan məmurlar bu fikri birmənalı qarşılamır.