Tramp Səudiyyə vəliəhdini Putinlə səmimi görüşdə yaxaladı

Baxış sayı:
5209

Argentinada təşkil olunan G-20 Zirvəsində liderlər bir araya gələrkən, zirvəyə Putin-Salman səmimi görüşməsi damğasını vurub. Səbəbi isə bin Salmanın bir nömrəli müttəfiqi Trampın bu görüşə qarşı mövqeyi olub. İlk gün keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla ayaq üstü həyata keçirdiyi səmim görüş və yaxınlıq zirvədə diqqətlərdən qaçmayıb. Qaşıqçının qətlindən sonra ilk dəfə beynəlxalq aləmdə boy göstərən ABŞ kuklası bin Salman, Putin ilə bir araya gəlib. Vladimir Putin ilə ayaq üstü söhbət edən bin Salman, aktual mövzular ilə iki ölkə arasında iş birliyini müzakirə edib. Bu görüş zamanı əllərini havada bir-birinə vuran tərəflər səmimi pozalar nümayiş etdiriblər. Ancaq bu səmimi pozaları bir də kənardan gizli bir göz izləyirdi. Bin Salman ilə Putinin qarşılıqlı olaraq əllərini əllərinə vurması zamanı arxada dayanan Donald Trampın sərt baxışından yayınmayıb. “Reuters”-in çəkdiyi fotoşəkildə kameralara yaxalanan Tramp, bu səmimiyyəti qəbul etməyən baxışlarla görüntülənib. Sosial mediada yayımlanan fotolarda Trampın bin Salmanı qısqandığı qeyd edilərkən "Tramp bin Salmanın ipini kəsəcək" şərhləri də yer alıb. Müxalifət.az