Tramp sözünü geri götürdü

Baxış sayı:
2116

ABŞ prezidenti Donald Tramp İngilis Kraliyət ailəsinin Amerikalı üzvü Meghan Marklanın ünvanına "ədəbsiz" sözünü demədiyini, ancaq Sussex Düşesinin "özünə qarşı ədəbsizlik etdiyini” söylədiyini ifadə edib. Ötən günlərdə Meghan Marklanın ünvanına “ədəbsiz” sözü işlədən ABŞ prezidenti Donald Tramp, sözlərini inkar etmişdi. Səsyazması ortaya çıxan Tramp bu səfər də sözləri söylədiyini qəbul edib, ancaq Düşəsin özünə deyil, rəftarına qarşı “ədəbsiz” dediyini bildirib. ÖZÜNƏ DEMƏMİŞ Tramp İngiltərə səfərindən əvvəli “The Sun” qəzetinə verdiyi açıqlamada dilə gətirdiyi Markla haqqındakı sözlərinə münasibət bildirib. “ITV” kanalına danışan Tramp, "Mənim haqqımda söylədiklərini mənə çatdırdılar. Mən də 'Ədəbsiz olduğunu bilmirdim' dedim. Ədəbsiz olduğundan bəhs etmirdim. Mənə ədəbsizlik etdiyini söylədim" deyib. "Ədəbsiz" ifadəsi ilə bağlı tonu aşağı salan Tramp, "Bilirsən, cmöcüzə bir iş görür. Ümid edirəm ki, həyatından dad alır. Məncə çox xoş biridir" deyib. Tramp mövzunun Marklanın həyat yoldaşı şahzadə Harry ilə görüşündə gündəmə gəlmədiyini ifadə edərək "Kraliyet ailəsi həqiqətən çox xoşdur" deyə söyləyib. Şahzadə Harrinin bazar ertəsi günü Buckingham Sarayında ondan uzaq dayandığı ilə bağlı xəbərlərin xatırladılmasından sonra da Tramp, "Xeyr, tam tərsidir. Əslində Ivanka (Trampın qızı) və ailəmlə çox zaman keçirdi. Daha nəzakətli ola bilməzdi. Məncə möcüzə biridir" deyə bildirib. ABŞ prezidenti “The Sun” qəzetinə etdiyi açıqlamada, şahzadənin həycat yoldaşı Marklanın "Tramp seçilsə, Kanadaya daşınaram" şəklindəki sözlərinin xatırladılmasından sonra "Nə deyə bilərəm ki? Ədəbsiz olduğunu bilmirdim" demişdi. Müxalifət.az