Tramp-Ərdoğan telefon danışığından sonra Ceyms Cefri Ankaraya gəlir

Baxış sayı:
13480

ABŞ-ın Suriya Xüsusi Nümayəndəsi Ceyms Cefri ilə ABŞ nazir müavini vəkili və Suriya Xüsusi elçisi Joel Rayburn bu gün Türkiyəyə gəlir.
 
Söz mövzusu ziyarətə bağlı yazılı açıqlama verən ABŞ Xarici İşlər Nazirliyi, bu gün başlayacaq danışıqların 2 may-a qədər davam edəcəyini ifadə edib.
 
"Türkiyənin Suriyadakı təhlükəsizlik qayğıları müzakirə olunacaq"
 
Cefrinin rəhbərlik etdiyi heyətlə birlikdə üst səviyyə Türk səlahiyyətlilərlə Suriya məsələsini müzakirə edəcəyi ifadə edilən açıqlamada, "ABŞ ordusu Suriyadakı varlığını azaldarkən, Türkiyənin Suriyanın şimalındakı qanuni təhlükəsizlik qayğıları müzakirə olunacaq" deyə bildirilib.
Digər tərəfdən, görüşdə Suriyanın şimalındakı sabitlik və təhlükəsizliyin təmin edilməsi çağırışının ediləcəyi və İŞİD qalıcı məğlubiyyətinin təmin edilməsi kimi digər qarşılıqlı maraqların da ələ alınacağı qeyd edilib.
Müxalifət.az