Tramp ərəb dövlətlərini İrana qarşı birliyə çağırdı

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderlərini İran təhdidinə qarşı mübarizə üçün birliyə çağırıb.
 
Bu barədə informasiyanı Ağ Ev yayıb.
Tramp bu çağırışı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Ben Salman əs-Səud, BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd Ben Zeyid ən-Naxayan və Qətər əmiri Tamam Ben Həmad əs-Sani ilə telefon danışığı zamanı səsləndirib. ABŞ lideri həmçinin bu dövlətlərin terrorizmlə mübarizəni gücləndirməli olduqlarını bildirib.