Tramp qəzəbləndi: "ÇƏLLƏKLƏRLƏ DOLU PUL ÇIXARIRLAR"

Baxış sayı:
5128

ABŞ prezidenti Donald Tramp, Çin və Avropa Birliyini (Aİ) "ərköyün" kimi səciyyələndirib.
 
Tramp, NATO baş katibi Jens Stoltenberq ilə Ağ Evdəki görüşündən sonra, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Vaşinqtonda ABŞ Xəzinə Nazirliyində Amerikalı və Çinli rəsmiləri arasında başlayan ikinci tur ticarət danışıqları haqqında açıqlama verən Tramp, danışıqların uğurla nəticələnməsindən "şübhəli" olduğunu bildirib: "Müzakirələr uğurlu olacaqmı? Şübhə ilə baxıram. Çünki Çin çox şıltaq bir vəziyyətə gəldi. Avropa İttifaqı çox şıltaq bir vəziyyətə gəldi. Digər ölkələr də çox ərköyün vəziyyətə gəldi, çünki ABŞ-dan nə istəsələr hər zaman 100 faiz əldə etdilər. Bunun bundan sonar da reallaşmasına yol verə bilmərik".
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və digər ölkələrin illərdir ABŞ-dan "çəlləklər dolusu" pul çıxardığını irəli sürən Tramp, "ABŞ üçün ticarət hər zaman tək istiqamətli bir yol oldu" deyə, bildirib.
ABŞ-ın Çin tərəfindən illərdir ki "aldandığını" ifadə edən Tramp, "Bunun üçün Çini günahlandırmıram. Bizim ölkəmizin keçmişdəki liderlərini günahlandırıram" deyib.
Qeyd edək ki, Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.
Çin, bundan sonra, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz arasında vergi qoyacağını bildirmişdi.
Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dollar olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi müəyyənləşdirəcəyini bildirmişdi.
Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 347 milyard dollar olmuşdu.
Müxalifət.az