​Tramp Quantanamoda müalicə olunsun – Tövsiyə

Baxış sayı:
742

Dünya ictimaiyyəti Donald Tramp barəsində tədbir görməlidir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çeçenistan parlamentinin spikeri Maqomed Daudov söyləyib. Onun sözlərinə görə, Tramp dünyadakı sülh üçün təhdiddir:
“Trampın qarşısını alın. Əgər bu şoumen ABŞ-ın başında qalmağa davam etsə, bütün dünya savaşın astanasına gələcək. ABŞ-ın demokratiya ixracı Liviya, İraq, Əfqanıstan, Yəmən və Ukraynada xaos yaratdı. Dünya bu adamı müalicə etməlidir. Uyğun xəstəxana tövsiyə edə bilərik. Bu, ABŞ-ın Kubadakı Quantanamo bazasıdır. ABŞ-ın Dövlət Departamentinə inansaq, orada cənnətdəkinə bənzər şərait yaradılıb. Bunu yaradanı niyə oraya göndərməyək?”.