Tramp qatili əfv etdi

Baxış sayı:
5359

 ABŞ prezidenti Donald Tramp İraqda nəzarətə alınan bir nəfəri öldürmək cinayətindən 2009-da həbs cəzasına məhkum edilən keçmiş ABŞ hərbçisi Maykl Behennayı əfv edib.
 
 Ağ Ev sözçüsü Sarah Sanders mövzuya bağlı etdiyi açıqlamada, Trampın sabiq baş leytenant Maykl Behennanın əfv olunması ilə bağlı bir fərman imzaladığını bildirib.
 
Şərti azadlıq
 Hərbi məhkəmənin keçmiş baş leytenant üçün verdiyi 25 il katorqa qərarı ilə bağlı ABŞ Hərbi Kassasiya Məhkəməsinin Behennanın özünümüdafiə iddiasının kifayət qədər dəyərləndirilmədiyi barədə narahatlıqları ifadə etdiyini və Ordu Əfv və Şərti Azadlıq Qurumunun keçmiş əsgərin cəzasını 25 ildən 15 ilə saldığını xatırladan Sanders, cəzasının üzərindən 5 il keçəndən sonra 2014-də Behennanın şərti olaraq təxliyə edildiyini bildirib.
Behennanın işinin ordudan, Oklahoma ştatının seçilmiş nümayəndə və xalqından geniş dəstək gördüyünü deyən Sanders, Behennanın "nümunə bir məhkum olduğunu və bağışlanmağa layiq olduğunu" irəli sürüb.
 
Çılpaq soyundu
 
 “Vaşinqton Post”-un xəbərinə görə, İraqda xidmət edərkən iki yoldaşını bir bombalı hücumda itirən Behenna, hadisə ilə əlaqəli olduğu iddiasıyla nəzarətə alınan və dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılan İraqlı Əli Mənsuru daha sonra icazəsi və səlahiyyəti olmadan mühakimə etmişdi.
Behenna çılpaq soyundurduğu Mansura sorğu zamanı iki dəfə atəş etmişdi. İraq polisi ertəsi gün Behennanın qoyub getdiyi Mənsurun cəsədini tapmışdı.
Xəbərə görə, Mənsuru özü mühakimə etmək istəyən Behenna, İraqlı adamı qorxutmaq üçün çılpaq buraxdığını qəbul etmişdi.
Mənsurun istintaq zamanı ona daş atdığını iddia edən Behenna, özünü müdafiə etmək üçün atəş etdiyini söyləmişdi. Behenna, "Əli Mansurun silahımı götürüb, mənə doğru yönəltdi, qorxdum" demişdi.
Müxalifət.az