Tramp öskürən adamı salondan bayıra atdırdı

Baxış sayı:
6181

ABŞ prezidenti Donald Tramp Ağ Evdə açıqlama verdiyi zaman öskürən bir adamı çölə atdırdı. “ABC” televiziyasının 'This Week' (Bu həftə) proqramı üçün açıqlama verən Tramp, danışdığı zaman ofisdə olan başqa bir adamın öskürdüyünü eşidib. Öskürəkdən narahat olan Tramp, əvvəl verilən sualın cavabını təkrarlamağa çalışıb, ancaq öskürək səsləri davam edincə, "Cümləmin ortasında öskürür, bu xoşuma getmədi" deyərək öskürən adamın çölə çıxarılmasını istəyib. Proqramın aparıcısı isə, Trampın ofisdən çölə atdırdığı adamın Ağ Ev katibinin vəkili Mick Mulvaney olduğunu söyləyib, ancaq yayımda bu səhnə görüntülərdə olmayıb. Tramp bundan başqa, "Öskürəcəksənsə, çölə çıx, burada öskürə bilməzsən" deyə təpki verib. Müxalifət.az