Tramp OPEC-i təhdid etdi: Dərhal neftin qiymətlərini aşağı salın

Baxış sayı:
2617

ABŞ prezidenti Donald Tramp, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft qiymətlərini aşağı salması lazım olduğunu bildirib.
 
Tramp, Twitter-də etdiyi açıqlamada, neft qiymətlərindəki artımdan Orta Şərq ölkələri və OPEC- məsul tutub.
 
“BİZ OLMASAQ, YAXIN ŞƏRQ ÖLKƏLƏRİ ETİBARDA OLMAZ
 
“Yaxın Şərq ölkələrini ABŞ-ın qoruduğunu iddia edən Tramp, “Biz Yaxın Şərq ölkələrini qoruyuruq, biz olmasaq uzun müddət təhlükəsizlikdə olmazlar. Onlar isə daha yüksək neft qiymətləri üçün təzyiq edirlər. Bunu xatırlayacağıq. OPEK monopoliyası, qiymətləri indi aşağı salmalıdır" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, daha əvvəl də OPEC-i, neft qiymətlərini süni şəkildə artırmaqla ittiham etmişdi.
Müxalifət.az