​Tramp onu “it” yerinə qoyub, tənqid etdi - SENSASİYA

Baxış sayı:
4447

ABŞ Prezidenti Donald Tramp jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabını Tvitter hesabında yenidən sərt tənqid edib.
Muxalifet.az xəbər verir ki, Tramp strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiv Bennonu köpəklə müqayisə edib. Buna əsas səbəb isə Maykl Vulfun müəllifi olduğu kitabda Bennonun 2016-cı ilin iyununda Trampın ruslarla görüşünü xəyanət adlandırması olub:
"Maykl Vulf uğursuz adamdır. O, darıxdırıcı və həqiqətə uymayan kitabı satmaq üçün özündən hekayələr uydurub. O, tənbəl, işindən atılanda isə yalvaran Stiv Bennondan istifadə edib. İndi isə Stiv hamı tərəfindən it kimi atılıb. Çox təəssüf".