​Tramp: Obamanın İrana səfeh yardımları...

Baxış sayı:
2227

İran xalqı korrupsiya və qəddar rejimə qarşı hərəkət etdi və Obamanın axmaqca İrana etdiyi yardım terroristlərə göndərildi.
Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter hesabında yazıb. O, İrandakı vəziyyətlə bağlı sabiq prezident Barak Obamanı ittiham edib.
Xatırladaq ki, bir müddət əvvəl İranın Məşhəd şəhərində başlayan və 20-dən çox şəhərə yayılan etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir.