​Tramp məşhur idmançını axmaq adlandırdı

Baxış sayı:
2665

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Lebron Ceymsə dolayı yolla "axmaq" deyib.
Muxalifet.az xəbər verir ki, Ceymsin CNN-nin aparıcısı Don Lemonla olan reportajına münasibət bildirən Tvitter hesabında "Don Lemon televiziyalardakı ən axmaq adamla reportaj hazırladı. Lebronu ağıllı göstərdi ki, bunu da eləmək heç də asan deyil", - sözlərini yazıb.
Tramp tvitin sonunda məşhur basketbolçu Maykıl Cordanı nəzərdə tutaraq, "Maykı sevirəm”,- deyə bildirib.
Qeyd edək ki, Don Lemonun Lebron Ceymslə reportajında Ceyms "idman insanları birləşdirən fəaliyyətdir, amma Tramp bunu xalqı bölmək üçün istifadə edir", - deyə söyləmişdi. Bundan əvvəl isə idmançı Trampla əsla qarşılıqlı oturmayacağı haqqından açıqlamalar yaymışdı.