“Tramp, Merkel və Makron, qətlin səsyazmasını dinləyəndə şok oldular”: ƏRDOĞAN AÇIQLADI

Baxış sayı:
4195

Türkiyənin prezidenti Ərdoğan, Parisdə Qaşıqcı cinayəti ilə bağlı səsyazmasını dinlətdiyi liderlərin "çox ciddi mənada" narahat olduqlarını bildirərək, "Səsyazma həqiqətən bir fəlakətdir. Trampda da, Merkeldə də, Makronda da bunu müşahidə etdim. Qatillər bu 18 nəfərin içindədir. Tapşırığı verənin kim olduğunu da ortaya çıxarılmasını istəyirik" deyib.
 
Qətl təlimatının ən üst səviyyədən verildiyini deyən Ərdoğan bunları söyləyib: “Qaşıqçı cinayətini axşam yeməyində müzakirə etdik. Görüşümüzə Merkel ilə Makronu da daxil etdik. Dördlü olaraq Yəməndəki vəziyyəti də danışdıq. Qaşıqçı cinayəti məsələsində bizim mövqeyimizin nə olduğunu, “Vaşinqton Post”da dərc olunan yazılarımda ortaya qoyduğumu danışdım. Bu cinayətin, əvvəlcədən planlaşdırılmış olduğu, əmrin Səudiyyənin yüksək məqamlarından gəldiyi ortadadır. Məqaləmdə də ifadə etdiyim kimi, ona hədsiz hörmət bəslədiyim Hadimül-Harameyn kral Salman haqqında mənim bu cür bir şey düşünməyim əsla mümkün deyil. Ancaq biz, tapşırığı verənin kim olduğunu da ortaya çıxarılmasını istəyirik. Bu göstərişi kim verib, bunu demələri lazımdır.”
Müxalifət.az