Tramp əleyhinə yazıda vitse prezident Pensdən şübhələnirlər

Baxış sayı:
2758

ABŞ-ın vitse-prezidenti Mayk Pens, prezident Donald Trampı hədəf alan “New York Times” (NYT) qəzetindəki anonim məqaləni öz qrupundan kimsənin yazmadığından qəti olaraq əmin olduğunu bildirib.
 
Amerikanın “CBS” kanalında yayımlanan "Face The Nation" adlı proqrama qonaq olan Pens, “NYT”-dakı anonim məqaləylə bağlı sualları cavablandırıb.
Pens, "Açıq danışım, vitse prezident qrupundan heç kim bu isimsiz məqaləni yazmayıb, yüz faiz əminəm. Öz komandamı tanıyıram", deyib.
Digər tərəfdən, Pens, “NYT”-dakı anonim məqalədə Trampın vəzifədən alınıb, alınmamasının Ağ Evdə müzakirə iddiasına da cavab verib.
Belə bir mübahisənin heç edilmədiyini və özünün də buna qoşulmadığını ifadə edən Pens, "Xeyr. Heç vaxt. Niyə iştirak qoşulum ki" deyib.
 
“YALAN MAŞINI” TESTİNƏ GİRƏRƏM
 
Pens, bundan başqa, əgər lazım olarsa, məsələ ilə bağlı yalan maşını testinə könüllü olaraq girəcəyini və bu mövzuda özündən əmin olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ-da “NYT” qəzetinin "Tramp rəhbərliyi İçindəki müqavimətin bir parçasıyam" başlıqlı anonim məqalə çap olunması Donald Tramp rəhbərliyinin sərt reaksiyasını çəkmişdi.
Məqalədən sonra Ağ Evdə bu yazının kim tərəfindən yazılmış ola biləcəyi müzakirə edilərkən, vitse prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo, müdafiə naziri Ceyms Mattis və Trampın Özəl Qələm müdiri Con Kelli kimi Trampa yaxın bir çox şəxslər məqaləni sərt şəkildə tənqid etmiş və mətnin onlar tərəfindən yazılmadığını bildirən açıqlamalar vermişdilər.
Müxalifət.az