Tramp Kraliçaya heyranlığından danışdı: "O, möhtəşəm bir qadındır"

Baxış sayı:
10720

İngiltərə kraliçası II Elizabet ABŞ prezidenti Donald Trampın şərəfinə Bukinqam sarayında ziyafət verib. Publika.az xəbər verir ki, Londonda 3 günlük rəsmi səfərdə olan ABŞ prezidenti həyat yoldaşı və 4 övladı, həmçinin övladlarının həyat yoldaşları ilə birlikdə qatılıb. Tramp çıxışında Kraliçanın möhtəşəm bir qadın olduğunu deyib. Kraliça isə iki ölkənin ortaq maraqlarının və dəyərlərinin onları birləşdirəcəyinə inandığını söyləyib. Boykot Tramp ailəsinin şərəfinə təşkil olunan ziyafət parlamentin alt qanadının sədri Con Berkou, ana müxalifətdəki İşçi Partiyasının lideri Ceremi Korbun və Liberal Demokratlar Partiyasının lideri Vins Keybl tərəfindən boykot edilib. Sarayın qarşısında isə Tramp əleyhinə etiraz aksiyaları keçirilib. Ticarət müqaviləsi Səfəri ilə bağlı təəssüratlarını tvitter hesabından bölüşən ABŞ lideri İngiltərənin Avropa İttifaqından ayrıldıqdan sonra böyük bir ticarət razılaşması əldə etmək istədiyini bildirib: “İngiltərə qandallarından qurtulanda böyük bir ticarət müqaviləsi imzalamaq mümkündür. İndidən danışmağa başladıq”.