“Tramp köçkün uşaqları çöldə çürüdür” – “NYU YORK TİMES”

Baxış sayı:
1795

“New York Times”-ın dərc etdiyi yazıda, ABŞ prezidenti Donald Tramp və komandasının, uşaq miqrantları çölün ortasında bir çadır şəhərciyinə göndərərək, onları çürüməyə tərk etdiyi ifadə edilib.
 
Yazıda, "Bu ana qədər uşaq yaşdakı 2 min köçkün, gecənin bir vaxtında qaldıqları sığınacaqlardan alınıb, avtobuslara mindirilərək, Texasda çölün ortasındakı Tornillo şəhərindəki çadır şəhərciyinə göndərilib" deyə qeyd edilib.
 
Tramp rəhbərliyinin qəddar siyasəti
 
Tramp rəhbərliyi dövründə qeydiyyatda olmayan köçkün uşaqların həbs olunma faizində ciddi bir artım olduğu qeyd edilən məqalədə, "Əslində son iki ildə ABŞ-a miqrant axını əvvəlki illərdən daha böyük deyil. Buna rəğmən bu məsələdə günahlandırılacaq tək şey Tramp rəhbərliyinin qəddar siyasətidir" deyə, bildirilib.
Yazıda, sərhəd bölgələrində ailələrindən ayrılan uşaqlara baxmaq istəyən qohumları və ya tanışlarına qarşı qanunların da sərtləşdiyi qeyd edilərək, yeni sponsorluq şərtlərinin gerçək məqsədinin mümkün olduğu qədər köçkün tapmaq, həbs etmək və deportasiya etmək olduğu bildirilib.
Məsələ haqqında açıqlama verən miqrant hüquqları müdafiəçiləri, "Bir çox köçkünün həbs olunduğunu və çoxunun sərhəddən qaçaq olaraq keçmək xaricində heç bir günahı olmamasına baxmayaraq, həbslərinin davam etdiyini" deyib.
“Bizim bacarıqsızlığımızın izlərini silmək üçün həyatlarını xərcləmək məcburiyyətində qalırlar”.
Müxalifət.az