Tramp İranla bağlı QƏRARINI VERDİ

Baxış sayı:
2269

ABŞ Prezidenti Donald Trampa yaxın bir mənbə, İranın böyük dövlətlərlə bağladığı nüvə müqaviləsinin hələlik davam edəcəyini deyib.
 
Trampın bu barədə bu gün açıqlaması gözlənilən qərar haqqında məlumat sahibi olan mənbə, seçki ərəfəsində bu müqaviləyə xitam verəcəyi ilə bağlı  söz verən ABŞ prezidenti, Konqresdən və Avropalı müttəfiqlərdən müqavilənin düzəldilməsi üçün bir möhlət vermələrini istəyəcəyini bildirib.
Müqavilədə bəzi düzəlişlər edilməzsə, Tramp müqavilədən çıxma təhlükəsini yenidən gündəmə gətirə bilər.
Trampın hələ də təxirə salınan sanksiyaların davamını təsdiq etməməsi isə İranın nüvə proqramını məhdudlaşdıran müqavilənin əməli surətdə sona çatması demək olacaq. Qərarın bu gün Ağ Evdən açıqlanması gözlənilir.
Keçmiş prezident Barak Obamanın təşəbbüsü ilə İranın nüvə silah əldə etməsinin qarşısını almağı hədəfləyən müqavilə, Tehranın nüvə proqramını azaltması əvəzində bu ölkənin neft ixracına tətbiq edilən sanksiyaları təxirə salır.
Müxalifət.az