​TRAMP: “İranda dəyişikliyin vaxtıdır”

Baxış sayı:
2158

ABŞ prezidenti Donald Tramp İranda baş verən etirazları bir daha şərh edib. Virtualaz.org-un məlumatına görə, Tramp özünün “Twitter” səhifəsində bildirib ki, İranda dəyişikliyin zamanı yetişib.
“Böyük İran xalqı illər boyu repressiyalara məruz qalıb. Onun yeməyə və azadlığa ehtiyacı var. İranda insan hüquqlarının pozulması ilə yanaşı ölkənin maddi rifahı talan edilib. Dəyişikliyin vaxtı çatıb”.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.
Son məlumatlara görə, etiraz aksiyaları zamanı ötən gecə daha 9 nəfər ölüb. Bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb. Bundan başqa, ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.