"Tramp İran ilə həqiqi müzakirələrə açıqdır" - Bolton

Baxış sayı:
2764

ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton prezident Donald Trampın İran ilə "həqiqi müzakirələrə" açıq olduğunu ifadə edərək "İranın etməsi lazım olan şey açıq olan qapıdan getməkdir" deyə söyləyib.
 
ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton Qərbi Qüdsdə təşkil edilən ABŞ-Rusiya-İsrail üçlü təhlükəsizlik zirvəsində etdiyi çıxışında, Vaşinqton ilə Tehran arasında yaşanan gərginliyə dair qiymətləndirmə edib.
 
"Nüvə silahı" açıqlaması
 
ABŞ-lı diplomatların Vaşinqton ilə Tehran arasında yaşanan gərginliklərə çıxış yolu tapmaq ümidiylə bölgədə səy göstərdiyini qeyd edən Bolton, İranı bu cəhdlərə səssiz qalmaqla günahlandıraraq "İranın strateji qərarla nüvə silahlarından imtina etdiyini göstərən bircə dəlil yoxdur" deyə söyləyib.
 
"Tramp müzakirəyə açıqdır"
 
Bolton ABŞ ilə İran arasında müzakirələrin başlaması mövzusunda topu İrana ataraq "Prezident Tramp gerçək müzakirələrə qapını açıq buraxır. İranın etməsi lazım olan şey açıq olan qapıdan getməkdir" deyə bildirib.
Müxalifət.az