Tramp İngiltərəyə ayağını basan kimi Londonun merini təhqir etdi

Baxış sayı:
7924

ABŞ prezidenti Donald Tramp kraliça 2-ci Yelizabetin dəvəti ilə 3 günlük bir dövlət səfəri üçün İngiltərəyə gəlib və ilk açıqlamasında Londonun Bələdiyyə sədri Sadiq Xanı təhqir edib.
 
Donald Tramp ölkəyə ayaq basmadan onun gəzintisinə təpki göstərən Londonun Bələdiyyə sədri Sadiq Xanı tənqid və təhqir edib.
Tramp Twitter hesabından etdiyi açıqlamada, Bələdiyyə sədri Xan-ın ünvanına "tam bir yazıq" deyib və əlavə edib:
"O mənə çox axmaq və bacarıqsız New York Bələdiyyə sədri Blasionu xatırladır" deyib.
Xan-ın sözçüsü isə Trampa "Bu kimi uşaqcasına hərəkətlər ABŞ prezidentinə yaraşmır" sözləriylə cavab verib.
Qeyd edək ki, London Bələdiyyə sədri Sadiq Xan İngiltərənin Tramp üçün "qırmızı xalça sərməməsi" lazım olduğunu söyləmişdi.
Müxalifət.az