Tramp haqqında yazılan kitab ABŞ-ı silkələdi!

Baxış sayı:
5932

ABŞ prezidenti Niksonı istefaya aparan Watergate qalmaqalının qəhrəmanı Bob Vudvord tərəfindən 19 aylıq araşdırma nəticəsində yazılan ABŞ prezidenti Tramp haqqındakı kitab 11 sentyabrda satışa çıxır. Ancaq daha bazara çıxmadan kitabdakı bəzi fraqmentlər ABŞ mətbuatında dərc olunub və sanki bomba təsiri yaradıb.
 
Tramp dəstəkçisi mətbuat orqanları da verdikləri xəbərdə  kitabı "Vudvord qasırğası olaraq təqdim edib. Çünki Vudvordun kitabı Trampla bağlı əvvəl çıxan kitablardan daha çox narahat edici bir portret ortaya qoyur.
 
GİZLİ İNTRİQALAR.
 
“Vətən” qəzetində yer alan xəbərə görə "Qorxu: Ağ Evdə Tramp” adlı kitabın əsas mövzusu, ABŞ prezidenti Trampın, özü və bütün ölkə üçün fəlakətə səbəb ola biləcək niyyətlərinə nəzarət etmək və fəlakətləri əngəlləmək üçün yaxın ətrafının çevirdiyi gizli intriqalardır. Yudvordun şahidlər və hadisələri bilən mənbələrlə apardığı yüzlərlə saatlıq müsahibələrindən, mənbələrin verdiyi iclas qeydlərindən, gündəliklər və rəsmi sənədlərdən ibarət olan kitabın bəzi hissələri “The Washington Post” qəzetində dərc olunub. Kitabda, Trampın yüksək səviyyəli köməkçilərinin "milli maraqları və təhlükəsizliyi qorumaq adına bəzi rəsmi sənədləri Trampın imzalamaması və ya görməməsi üçün masasından gizlincə qaldırdıqları” iddia edilərkən jurnalist Vudvord bunu idarə heyətinin zərbəsi və sinir böhranı kimi təsvir edir.
 
BU ADAM, BALANSSIZ BİR AXMAQDIR".
 
Kitaba görə, bu an hələ də vəzifədə olan Ağ Evin baş katibi Con Kelli, Tramp üçün "balanssız “ ifadəsini istifadə etmişdir. Kelli həmçinin Ağ Evdə çıxış etdiyi bir toplantıda Tramp üçün "axmaq və küt” dediyi bilgisi də kitabda yer alır. Kitaba görə Kelli, "Onu bir şeyə inandırmağa çalışmaq mənasızdır. Ağlını itirmişdir. Dəli qəsəbəsindəyik. Niyə buradayıq, onu da anlamıram. Həyatımda gördüyüm ən pis işdir" demişdir. Con Kelli, kitabla bağlı çıxan xəbərlərdən sonra verdiyi yazılı açıqlamada ABŞ prezidenti Trampa "axmaq və küt” dediyi iddialarını təkzib edib.
 
ƏDLİYYƏ NAZİRİNƏ TƏHQİR.
 
Vudvordun kitabında Trampın ədliyyə naziri Cef Sessionsı da təhqir etdiyinə dair də bir hissə var. Buna görə, Tramp, Rusiya araşdırmasını nəzarət etməsinə icazə vermədiyi üçün, Sessions haqqında "xəyanətkar” ifadəsini işlədib və Sessionsın ləhcəsilə lağ edib", “Bu adam zehni üzrlüdür. Axmaq bir Cənubludur. Alabamada vəkillik belə edə bilməz" deyib.
 
“TWITTER BİZİ MÜHARİBƏYƏ SÜRÜKLƏYƏCƏK”
 
Vodvordun kitabında Trampın mesajlarını tez-tez Twitter üzərindən verməsinə də toxunulur. Kitabda milli təhlükəsizlik rəsmilərinin Trumpın Twitterdən verdiyi mesajlarla ölkəni müharibəyə sürükləyəcəyi barədə xəbərdarlıq etdikləri da yer alır.
Müxalifət.az