Tramp geri addım atdı: İstənilən ölkədən gəlsinlər...

Baxış sayı:
761

ABŞ Prezidenti Donald Tramp istənilən ölkədən miqrantları ölkəsində gözlədiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüş zamanı deyib.
“Mən onların hər yerdən gəlməsini istəyirəm”, - Tramp qeyd edib.
Xatırladaq ki, bundan öncə Donald Tramp Amerikaya miqrantların “iyrənc ölkələr”dən gəldiyini bildirmişdi. Onun bu addımı Latın Amerikası ölkələrində xüsusilə narazılığa səbəb olmuşdu.